• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.10.2025 13:42

"Sahələrin cəmi 12 faizi yeni texnologiyalar əsasında suvarılır" - nazir

Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən dəyirmi masada bildirib ki, ölkədə iqlim dəyişikliklərini nəzərə alaraq daha dayanıqlı bitkilərin əkilməsi və əkin strukturlarının dəyişdirilməsi istiqamətində işlər aparılır. Məcnun Məmmədov qeyd edib: “İqlim dəyişmələrinə qarşı mübarizə yalnız dövlətin yox, həm də fermerlərin, biznes və ictimai təşkilatların işi olmalıdır. Sahələrin cəmi 12 faizi yeni texnologiyalar əsasında suvarılır, bu sahələrin genişləndirilməsi üçün işlər davam edir”. Nazir əlavə edib ki, dövlət fermerlərə güzəştli kreditlər və torpaq sahələri ayırmaqla dəstəyini davam etdirəcək.