• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.10.2025 17:37

Prezident: "Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb"

Prezident İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında çıxış edib. Dövlət başçısı vurğulayıb ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır."Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin üzərində qurulur. Azərbaycan da təbii resurslardan əldə olunan gəlirləri ilk növbədə insan kapitalına yönəldir, çünki biz gələcəyə baxmalıyıq," – deyə Prezident qeyd edib. O, həmçinin bildirib ki, bu istiqamətdə Azərbaycanda illərdir bir çox mühüm proqramlar həyata keçirilir.