
Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Danimarkaya, Kopenhagen şəhərinə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün işgüzar səfərə gedib və axşam Azərbaycan Prezidenti Danimarka Kralı 10-cu Frederik və Kraliçası Meri Elizabetin adından verilən ziyafətdə iştirak edib. Dövlət başçısı Kopenhagendə Moldova Prezidenti Maya Sandu ilə görüşdə hakim partiyanın Moldovada keçirilmiş parlament seçkilərində qələbəsini təbrik edib. Maya Sandu isə təşəkkürünü bildirərək, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə olunan sülh gündəliyi nəticələrinə görə İlham Əliyevi təbrik edib. Prezident Əliyev bu nəticələrin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Tərəflər ikitərəfli münasibətləri, xüsusilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Maya Sandu Azərbaycanın enerji dəstəyini yüksək qiymətləndirib.
- Baxış: 49