• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 02.10.2025 10:08

"Bundan sonra məsuliyyətimiz daha da artır" - Qurban Qurbanov

Dünən "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində  II turda Danimarkanın "Kopenhagen" klubunu  2:0 məğlub edib. 28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Baş məşqçi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında sevincini bölüşüb:
Qurban Qurbanov  - "Qarabağ"ın baş məşqçisi: "Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Şükürlər olsun, gözəl qələbə alındı. Rəqib "Kopenhagen" olsa da futbolçularım çəkinmədi, sonadək mübarizə apardılar. Bu cür mübarizə bizə qarşıdakı oyunlarda fayda verəcək. Cənab Prezidentə də təbrikinə görə təşəkkür edirik. Bundan sonra məsuliyyətimiz daha da artır. Arxayınlaşmaq olmaz, boş dayanmaq olmaz. Daha da inanıb güvənərək irəli getməliyik".
Qeyd edək ki, Prezident İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasında qələbəsi münasibətilə təbrik edib. Prezident planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ"ın dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam etdiyini vurğulayıb.