
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup oyundan sonra açıqlama verib.
O deyib: “Meydanda gözlədiyim ‘Qarabağ’ı gördüm. Bu komandanın gücünü bilirdik. İlk hissədə rəqib mükəmməl oynadı, biz isə zəif təsir bağışladıq və nəticədə qol buraxdıq. İkinci hissədə vəziyyəti dəyişsək də, qol vurmaq alınmadı. Meydanda başabaş mübarizə getdi və hesab heç-heçə də ola bilərdi”. Neestrup Azərbaycan çempionunun layiqli qələbə qazandığını qeyd edib.
- Baxış: 127