
Dövlət İmtahan Mərkəzi Bakı və Gəncə şəhərlərində xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün növbəti test imtahanı keçirib. İmtahan gün ərzində iki növbədə elektron formada aparılıb və 1454 namizəd iştirak edib. Nəticələrə əsasən, 1123 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. İmtahan nəticələri sabah DİM-in saytında yerləşdiriləcək. İmtahandan 10 və daha çox bal toplayanlar 7 il müddətinə etibarlı şəhadətnamə alacaqlar.
- Baxış: 128