
FIFA-nın İcraiyyə Komitəsi qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatına birgə ev sahibliyi edəcək. Bu, futbol tarixində ilk dəfə Azərbaycanda kişilərdən ibarət dünya çempionatının final mərhələsinin keçirilməsi olacaq. Eyni zamanda, Azərbaycan U-20 millisi ilk dəfə mundialın final mərhələsində iştirak edəcək. Hazırda Çilidə keçirilən 24-cü U-20 dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ilin qalibi isə Uruqvay yığması olub.
- Baxış: 113