• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.10.2025 13:50

Bir gündə 3 oğurluq hadisəsi baş verib

Bakıda evlərdən birindən 2000 avro, 100 dollar və 2 min 700 qriven (113 manat) və 500 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Polisin keçirdiyi əməliyyatla şübhəli bilinən 45 yaşlı Qəbələ sakini saxlanılıb. Bakıda Binəqədi sakininin 500 manat dəyərində motosikleti oğurlanıb. Polisin keçirdiyi əməliyyatla  şübhəli bilinən 46 yaşlı şəxs müəyyən olunaraq saxlanılıb.Sumqayıtda isə 800 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 34 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hər üç faktla bağlı araşdırma aparılır.