• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.10.2025 15:46

İrandan Azərbaycana gətirilən iki ton sarıkökdə bakteriyalar aşkarlanıb

İrandan Azərbaycana idxal edilən sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb. Fiziki şəxs Cümşüd Vəliyevin idxal etdiyi ümumi çəkisi 2 ton olan üyüdülməmiş sarıkök məhsulundan nümunələr  götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya aşkarlanıb. Faktla bağlı qərar əsasında məhsul partiyası məhv edilib.