• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.10.2025 17:33

Axar-Baxar Milli Parkında ceyranların təbii yaşayış sahəsinə qaytarılması davam edir

“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi və tarixi areallarının bərpası” layihəsi çərçivəsində Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatına görə, 2010-cu ildən bu yana Şirvan Milli Parkından ümumilikdə 407 baş ceyran müxtəlif ərazilərə köçürülüb. 2024-cü ildə Acınohur çölündə 500-dən çox ceyran qeydə alınıb. Prezident İlham Əliyevin sərəncamı ilə Qax, Samur, Yevlax və Zaqatala rayonlarında yeni milli parklar yaradılıb.