• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.10.2025 10:16

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən qəza, Tərtərdə isə yük və minik avtomobillərinin toqquşması baş verib

Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində yolu qarşı tərəfə keçən 35 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub. Qəzanın “Ford” markalı yük avtomobilinin 48 yaşlı sürücüsü tərəfindən törədildiyi müəyyən olunub. 
Tərtərdə, Borsunlu–Hindarx yolunun İlxıçılar kəndi ərazisində “GAZel” markalı yük avtomobili ilə minik maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Goranboy sakini 24 yaşlı gənc hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 
Hər iki faktla bağlı araşdırma aparılır.