• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.10.2025 11:45

Qubada iki nəfərdən narkotik vasitələr aşkar edilib

Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki şəxs saxlanılıb.  Əvvəllər məhkum olunmuş 44 yaşlı Fuad Fərhadovdan 6 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin və metadon həbləri götürülüb. Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib. 38 yaşlı Cəmil Abdullayevin evindən isə heroin və marixuana aşkar edilib. Hər iki faktla bağlı cinayət işi açılıb.