• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.10.2025 11:48

Nazirlər Kabineti pensiya və əlillik qərarlarının təqdimatı üçün yeni prosedur müəyyənləşdirib

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na və “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib. Dəyişikliklərə əsasən, əmək pensiyalarının təyin olunması, imtina, yenidən hesablanma, dayandırılma, bərpa və bir növdən başqa növə keçirilməsi, həmçinin əlilliyin müəyyən edilməsi və imtina qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə ediləcək. Sistem üzərindən təqdim edilən məlumatlar həmin qərarların təqdim olunması ilə bərabər sayılacaq.