
Bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və digər dövlət başçıları Füzulidə Türkmənistan tərəfindən inşa ediləcək məscidin onlayn təməlqoyma mərasimində iştirak ediblər. Yeni məscid kompleksi 1 hektardan çox ərazidə tikiləcək, 40 metrlik iki minarəsi və 30 metr hündürlüyündə əsas günbəzi olacaq. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək. Layihə Qarabağ və Şərqi Zəngəzurun bərpasına türk dövlətlərinin birgə töhfəsinin növbəti nümunəsidir.
- Baxış: 86