
Sabah III MDB Oyunlarının bağlanış günündə Gəncədə bəzi yolları bağlanacaq. III MDB Oyunlarının Əməliyyat Komitəsində Nəqliyyat Əməliyyatları üzrə baş meneceri Vüqar Aslanov Kəpəz FM-ə açıqlamasında bildirib ki, Gəncə şəhəri üzrə 10 məntəqədə nəqliyyat-buraxılış məntəqələri yaradılacaq. Burada yalnız müvafiq icazəsi olan nəqliyyat vasitələrinin həmin istiqamətdə keçidi təmin olunacaq.
Vüqar Aslanov - III MDB Oyunlarının Əməliyyat Komitəsində Nəqliyyat Əməliyyatları üzrə baş meneceri: 8 oktyabr tarixindən səhər saat 06:00-dan gecə saat 00:00-a qədər 18 küçə və kəsişmədə tam məhdudiyyət tətbiq ediləcək.Bunlar: Atatürk prospekti ilə Teymur Hacıyev küçəsinin kəsişməsi, Atatürk prospekti ilə Bakı küçəsinin kəsişməsi, Atatürk prospekti ilə Məhəmməd Alim küçəsinin kəsişməsi, Atatürk prospekti ilə Səmədbəy Mehmandarov küçəsinin kəsişməsi, Atatürk prospekti ilə Bilal Qəhrəmanov küçəsinin kəsişməsi, Atatürk prospekti ilə Feyzulla Mirzə küçəsinin kəsişməsi, Atatürk prospekti ilə Məhəmməd Füzuli küçəsinin kəsişməsi, Atatürk prospekti ilə Qasım bəy Zakir küçəsinin kəsişməsi, Atatürk prospekti ilə Rəsul Rza küçəsinin kəsişməsi, Atatürk prospekti ilə Bakı küçəsinin kəsişməsi, Çingiz Mustafayev küçəsi ilə City Gəncəvi küçəsinin kəsişməsi, Ömər Faiq Nemanzadə küçəsi ilə İqor Maxayev küçəsinin kəsişməsi, Məhəmməd Füzuli küçəsi ilə Bakı küçəsinin kəsişməsi, Məhəmməd Adıgözəlov küçəsi ilə Turqut Özal küçəsinin kəsişməsi, Bilal Qəhrəmanov küçəsində tam məhdudiyyət, Bilal Qəhrəmanov küçəsi ilə Turqut Özal küçəsinin kəsişməsi, Müseyib Bağırov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsi, İdris Həsənov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsidir".
Qeyd edək ki, tədbirlə əlaqədar 6 və 7 nömrəli marşrutların hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq. 12 nömrəli marşrut isə son dayanacaq məntəqəsi olaraq Bilal Qəhrəmanov küçəsində olacaq. Heydər Əliyev prospektində isə 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək. Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə bilərlər.
- Baxış: 78