
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafı, parlamentlərarası əməkdaşlıq, enerji, sərmayə və turizm sahələrində imkanlar müzakirə olunub. Qordan Yandrokoviç Azərbaycan ilə Ermənistan arasında əldə edilmiş razılaşmaları yüksək qiymətləndirib və ölkəmizin Avropa İttifaqı və NATO ilə əlaqələrinin güclənməsini dəstəklədiyini bildirib.
- Baxış: 77