• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.10.2025 14:02

Azərbaycanda eşitmə və nitq əlilliyi olan şəxslərin sayı açıqlanıb

Azərbaycanda rəsmi olaraq 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun bildirdiyinə görə, onların cəmiyyətə inteqrasiyası prioritet istiqamətlərdəndir. İnklüziv təhsil, məşğulluq və sosial xidmət sahəsində əldə edilən irəliləyişlər sayəsində bu şəxslər müxtəlif sahələrdə çalışırlar. Nazir müavini həmçinin inklüziv yanaşmanın gücləndirilməsi və əlçatanlığın artırılması üçün dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirildiyini vurğulayıb.