• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.10.2025 15:50

Gəncədə turizm infrastrukturu gücləndirilir

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Gəncə şəhərində turizm nümayiş obyektlərini əks etdirən istiqamətverici nişan və məlumat lövhələrinin quraşdırılmasına dəstək göstərilib. Belə ki, 3 gün ərzində 3 informasiya lövhəsi (infoboard), 3 totem və 23 istiqamət nişanı olmaqla ümumilikdə 29 ədəd nişan quraşdırılıb. Bu fəaliyyət nəticəsində layihənin I mərhələsi uğurla başa çatıb.