• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.10.2025 15:56

Füzulidə müasir “ağıllı kənd” qurulur - yüzlərlə yeni ev və sosial obyekt inşa edilir

Füzuli rayonunun Dövlətyarlı kəndində bərpa və yenidənqurma işləri sürətlə davam edir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, layihə 323 hektar ərazini əhatə edir və iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə 450 fərdi evin inşası, məktəb, uşaq bağçası, həkim məntəqəsi və digər sosial obyektlərin tikintisi nəzərdə tutulub. Eyni zamanda bütün kommunal və mühəndis xətləri çəkilir. İkinci mərhələdə isə 269 ev və müxtəlif ictimai obyektlər inşa ediləcək. Layihə “ağıllı kənd” prinsipləri əsasında icra olunur və bölgənin sosial-iqtisadi dirçəlişinə xidmət edəcək.