
Xaçmazda 32 yaşlı Qəbələ sakini Mehriban Qafarlı evin hamam otağında dəm qazından boğularaq ölüb. M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi.
Bakının Nərimanov rayonunda isə yaşayış evinin evinin mətbəxində qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış baş verib. Dalğanın təsirindən evə ziyan dəyib, ev sahibi Afilya Göyüşova yanıq xəsarətləri alıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 116