• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.10.2025 11:46

Prezident İlham Əliyev: "Azad edilmiş ərazilərdə 29 kütləvi məzarlıq aşkarlanıb, bu, beynəlxalq hüququn ciddi pozuntusudur"

Azərbaycan Prezidenti İlham Əliyev, “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısı bildirib ki, Ermənistanın təcavüzü nəticəsində 4000-dək azərbaycanlı itkin düşüb, azad edilmiş ərazilərdə isə 29 kütləvi məzarlıq aşkarlanıb. Ekspertizalar həmin insanların işgəncə ilə qətlə yetirildiyini sübut edir. “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib. “Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur”, - deyə dövlətimizin başçısı qeyd edib. İlham Əliyev həmçinin Vaşinqtonda sülh sazişinin paraflanmasını Cənubi Qafqazda davamlı sülh və etimad mühitinin yaranması üçün mühüm addım kimi qiymətləndirib.