• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.10.2025 13:41

AQTA bu il 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirib, ciddi nöqsanlar aşkarlanıb

Bu ilin yanvar-sentyabr aylarında 14 keytrinq xidməti müəssisəsində yoxlama aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlamalar zamanı qeydiyyatsız fəaliyyət, sanitar-gigiyenik qaydalara əməl olunmaması, xammal və məhsullarda etiket və sənəd çatışmazlığı, yararlılıq müddəti bitmiş məhsullar kimi çoxsaylı uyğunsuzluqlar müəyyən edilib. Nəticədə 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.