• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.10.2025 17:14

Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir

Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir. O, bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. “Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var”, - Prezident Putin əlavə edib. İlham Əliyev obyektiv araşdırmaya görə Vladimir Putinə minnətdarlığını ifadə edib.