
İmişli rayonunun Məzrəli kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub. Qəza zamanı ölən şəxs Cəbrayıl rayon sakini, 2004-ci il təvəllüdlü Məhərrəmov Sahil Araz oğludur. Onun toqquşan avtomobillərdən birinin sürücüsü olduğu bildirilir. Həmçinin qəza nəticəsində dörd nəfər xəsarət alıb.
Abşeronun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi olub. "Mitsubishi", "Ravon", "Opel" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan dörd nəfərdən biri - 35 yaşlı İngilabzadə Elxan hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
- Baxış: 138