• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.10.2025 17:36

Ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara rayonunda əməliyyat keçirib. 1977-ci il təvəllüdlü Elçin Cavadov saxlanılıb. Ondan 55 kiloqram marixuana, metamfetamin və tiryək aşkar edilib. O, ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən əsas şəxslərdən biri kimi müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Polisin narkotiklərlə mübarizəsi davam edir.