
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib. Nazir çıxışında Azərbaycanın MDB çərçivəsində əməkdaşlıq istiqamətləri barədə məlumat verib, Laçının 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinə dəstəyə görə təşəkkür edib. Görüşdə Azərbaycanın MDB tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyi vurğulanıb, qarşılıqlı ticarətin davamlı artımı müsbət dinamikanın göstəricisi kimi qeyd olunub. Ceyhun Bayramov təhlükəsizlik çağırışlarına, terrorizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizənin vacibliyinə də diqqət çəkib.
- Baxış: 104