
Bu gün səhər saatlarında Gəncə şəhərində müşahidə olunan küləkli hava bəzi ərazilərdə qaz verilişində fasiələlər yaradıb. Belə ki, Abbas Səhhət yaşayış massivində iri gövdəli ağac 76 mmilli metrlik qaz xəttinin üzərinə aşıb və qaz borusunu sıradan çıxarıb. Nəticədə massivdə mövcud olan bir neçə binanın qaz təchizatı dayanıb. Hazırda qaz təsərrüfatı işçiləri fəsadların aradan qaldırılması istiqamətində iş aparır.
- Baxış: 111