• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.10.2025 11:47

Ağdərənin sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərdə yeni salınmış yaşayış məntəqələrinə köçürülən ailələr arasında mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib. Tədbir Ağdərə rayonunun Çıldıran və Aşağı Oratağ kəndlərində təşkil olunub. Əhalinin ayıq-sayıq olmasına, xəbərdarlıq nişanlarına əməl edilməsinə çağıran videoçarx nümayiş etdirilib.