
Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçılarının sammiti başlayıb. Tədbirdə Azərbaycan da daxil olmaqla doqquz ölkənin lideri iştirak edir. Prezident İlham Əliyev iclasda humanitar əməkdaşlığın gücləndirilməsindən danışıb: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”. Dövlətimizin başçısı əlavə edib: “Tədbirin qonaqları Ermənistanın 30 illik işğalından azad ediləndən sonra Laçının sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular”. Sammitin yekununda “MDB+” formatının təsis edilməsi və MDB-yə Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu verilməsi planlaşdırılır.
- Baxış: 120