
Ov Məsələləri üzrə Koordinasiya Şurası tərəfindən bu gündən 1 dekabr 2025-ci il tarixinədək Azərbaycanda ov mövsümü açıq elan edilib. Alim və mütəxəssislərin iştirakı ilə aparılan monitorinqlərə əsasən, iqlim dəyişikliyi və Xəzər dənizinin səviyyəsinin azalması quşların miqrasiya marşrutlarına təsir edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları qanunlara riayət etməyə və qanunsuz ov hallarına yol verməməyə çağırır.
- Baxış: 102