
Bu gün Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Dövlət başçısı iclasda humanitar əməkdaşlıq və Laçının inkişafı mövzusunda çıxış edib. Prezident qeyd edib ki, iyunda Laçında keçirilən tədbirdə qonaqlar şəhərin 30 illik işğaldan azad olunmasından sonra sürətli dirçəlişinin əyani şahidi olublar. Dpvlət başçılarının çıxışlarından sonra tədbirin yekun sənədləri imzalanıb. İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olunub.
- Baxış: 112