
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir. Cinayət hadisələrinə dair ümumi faktlar və dövlət qurumlarından Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hücumları nəticəsində həlak olmuş, itkin düşmüş şəxslərlə, habelə inzibati binalara, yaşayış evlərinə, ekologiyaya, dini və mədəniyyət abidələrinə dəymiş ziyanla bağlı daxil olmuş statistik məlumatlar açıqlanıb.
- Baxış: 123