• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.10.2025 18:09

Gəncə sakinlərinə nağdsız avtobus ödənişləri ilə bağlı təlimat

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və "BakuBus" MMC Gəncədə nağdsız ödəniş sistemi tətbiq olunan avtobuslardan istifadə edən sərnişinlərə bildirirlər ki, ödəniş zamanı bonus və ya digər qeyri-bank kartlarından istifadə edərkən avtobuslarda yerləşdirilmiş validator cihazları bunu təhlükə kimi qəbul edir. Sərnişinlərin rahat və fasiləsiz hərəkətini təmin etmək üçün ödənişlər yalnız CityCard, mobil tətbiq, bank kartları, Apple Pay və Google Pay ilə qəbul olunur. Qeyd olunub ki, digər alternativ kartlardan istifadə həm sərnişinlər üçün, həm də sistemin işində problemlər yarada bilər.