
Araz dəhlizinin vacib komponenti olan Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi bu ilin sonuna, sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübünə qədər yekunlaşdırılacaq. Bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı məlumat verib. O qeyd edib ki, Horadiz–Ağbənd avtomobil və dəmir yollarının da gələn il tamamlanması planlaşdırılır. Yeni nəqliyyat infrastrukturu Şərq–Qərb və Şimal–Cənub dəhlizlərini birləşdirərək Fars körfəzini Qara dənizlə əlaqələndirəcək.
- Baxış: 62