
ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına yenidən toxunub. “Təl-Əvivdən Dubaya, Hayfadan Beyruta, Qüdsdən Dəməşqə və Ermənistandan Azərbaycana – daha bir müharibəni dayandırdım” - deyə o bildirib. Tramp ABŞ-nin əməkdaşlıq, dostluq və ticarət üzərində qurulan gələcək yaratmaq niyyətində olduğunu vurğulayıb. ABŞ Prezidenti Donald Tramp İsrail səfərini başa vuraraq Misirə yollanıb.
- Baxış: 31