• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.10.2025 11:40

Ramiz Quliyev vəfat etdi

Xalq artisti tarzən Ramiz Quliyev 78 yaşında vəfat edib. Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da xəstəxanaya yerləşdirilmişdi. O, 1947-ci ildə Ağdamda anadan olub, Azərbaycan musiqi sənətinə böyük töhfələr verib, uzun illər pedaqoji və konsert fəaliyyəti ilə tanınıb. Xalq artisti “Şərəf” və “Şöhrət” ordenləri, həmçinin “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!