
Ucar Polisinin keçirdiyi əməliyyatla iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb. Onlar mənzillərdən 13 000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər. Saxlanılan şəxslərin Sumqayıtda yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 41