• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.10.2025 13:40

Azad edilmiş ərazilərdə 19 yaşayış məntəqəsinə köçlə bağlı işlər aparılır

Azad edilmiş ərazilərdə 19 yaşayış məntəqəsinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Ağdərə rayonunun 7 kəndinə və Xocalı rayonunun 11 kəndinə əhalinin köçü ilə bağlı işlər aparılır. Artıq 22 mindən çox şəxs doğma torpaqlarda məskunlaşıb. Bölgəyə 65 milyon manatdan çox investisiya yatırılıb, fəaliyyətə başlamış obyektlər üzrə 3 mindən artıq şəxs işlə təmin olunub. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.