• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.10.2025 13:41

Prezident İlham Əliyev: Xankəndidə keçirilən Forum sülhün və dirçəlişin rəmzidir

Prezident İlham Əliyev Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, Forum 60-dan çox ölkədən 400-ə yaxın nümayəndəni bir araya gətirərək şəhərsalma sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə imkan yaradır. Prezident qeyd edib ki, Kəlbəcər, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri Azərbaycanın strateji şəhərsalma siyasətini əks etdirir. Forumun Xankəndidə keçirilməsi isə sülhün, bərpanın və dirçəlişin rəmzi kimi qiymətləndirilib.