Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.10.2025 12:24

Tərtər və Bakı-Binəqədidə yol-nəqliyyat hadisələri: bir qadın ölüb, yeddi nəfər xəsarət alıb

Tərtərin Azad Qaraqoyunlu kəndində hərəkətdə olan "VAZ-2107 qarşıdan gələn "Hundai"la  toqquşub. Zərbənin təsirindən "Hundai" markalı avtomobil yoldan çıxaraq kənd sakini Nazilə Cəfərovanı vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.

Paytaxtın Binəqədi rayonunda iki avtobusun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. 6-sı kişi, 1-i qadın olmaqla 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan biri kişi Reanimasiya şöbəsində ağır vəziyyətdə, digər 6 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. Hadisə ilə bağlı araşdırma aparılır.