Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasında bərpa işləri ilə tanış olub

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Vatikanda Müqəddəs Pavel Bazilikasında olub və Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan bərpa və tikinti işləri ilə tanış olub. Bazilika nümayəndələri bildiriblər ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr kilsəsindən sonra Vatikanın ikinci ən böyük məbədi sayılır və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Səfər çərçivəsində Mehriban Əliyeva həmçinin bazilikanın baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb. Görüşdə Birinci vitse-prezident qeyd edib ki, bu, onun son 14 ildə Vatikana altıncı səfəridir və Azərbaycanla Müqəddəs Taxt-Tac arasında möhkəm dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşıb. Kardinal Harvi Azərbaycanın və Heydər Əliyev Fondunun mədəni irsin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndirib.
- Baxış: 45