Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.10.2025 11:32

DİN qanunsuz saxlanılan odlu silahlarla bağlı əhaliyə çağırış edib

Daxili İşlər Nazirliyi qanunsuz odlu silahların saxlanılmasının cəmiyyət üçün ciddi təhlükə yaratdığını bildirir və vətəndaşları silahları könüllü olaraq polisə təhvil verməyə çağırır. 2025-ci ilin 9 ayı ərzində polis tərəfindən 4 181 ədəd odlu silah aşkar olunub, bunun 3 536-sı vətəndaşlar tərəfindən könüllü təhvil verilib. Nazirlik xatırladır ki, könüllü təqdim olunan silah üçün vətəndaşlar heç bir məsuliyyət daşımır və bu həm özlərini, həm də ailələrini təhlükədən qorumağa imkan yaradır.