Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.10.2025 11:34
Ombudsman "Uşaq Hüquqları Aylığı"nın elan olunması ilə bağlı müraciət edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ölkədə 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı”nın başlanmasını elan edib. Ombudsman bildirib ki, aylığın məqsədi uşaqların hüquqlarının müdafiəsi sahəsində maarifləndirməni artırmaq və cəmiyyətin bu istiqamətdə fəallığını gücləndirməkdir. Səbinə Əliyeva bütün qurumları uşaqların konstitusion hüquqlarının qorunması üçün birgə fəaliyyətə çağırıb.
- Baxış: 69