Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.10.2025 11:34
Azad edilmiş ərazilərdə günəş enerjisi layihələri genişlənir

Azad edilmiş ərazilərdə 1 500-dən çox fərdi ev və ictimai binalarda ümumi gücü 5 000 kVt-dan çox günəş panelləri quraşdırılıb. Energetika naziri Pərviz Şahbazov bildirib ki, bölgədə 200-dən artıq günəş kollektoru, 3 000-dən çox enerji səmərəli işıq dirəyi, 20 elektrik doldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib. Eyni zamanda, Naxçıvanda “Yaşıl Enerji Zonası” konsepsiyası çərçivəsində bərpa olunan enerji layihələri genişləndirilir, yaxın perspektivdə günəş və su elektrik stansiyalarının gücü daha da artırılacaq.
- Baxış: 61