Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.10.2025 11:35
Xankəndi, Ağdərə və Xocalıda 1 040 keçmiş məcburi köçkün ailəsi doğma yurduna qayıdıb

Xankəndi, Ağdərə və Xocalıda 1 040 keçmiş məcburi köçkün ailəsi doğma yurduna qayıdıb. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərdə keçirilən Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı məlumat verib. Elçin Yusubov bildirib ki, bu ərazilərdə ümumilikdə 22 mindən çox insan məskunlaşıb və sosial xidmətlərlə təmin olunub. Hazırda 546 sahibkarlıq obyekti fəaliyyət göstərir, 3 mindən çox şəxs işlə təmin olunub, 65 milyon manatdan çox investisiya həyata keçirilib. QHT-lər reinteqrasiya prosesində və sosial layihələrin təşviqində mühüm rol oynayır.
- Baxış: 57