Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.10.2025 11:39

Gəncə və Goranboyda bıçaqlanma hadisələri baş verib

Gəncədə 25 yaşlı gənc oğlanı bıçaqlayan şəxs tutulub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Goranboyun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində kütləvi dava olub. 28 yaşlı E. Alışov mübahisə zəminində 49 yaşlı E. Quliyev, 52 yaşlı Z. Nağıyev və 32 yaşlı E. Alışova bıçaqla xəsarət yetirib. Mübahisənin səbəbi hələ məlum deyil. 
Faktlarla bağlı araşdırmalar aparılır.