Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.10.2025 15:37

Nazirlik rəsmisi: Dabaq xəstəliyinin insanlara qida vasitəsilə keçmə ehtimalı demək olar ki, yoxdur

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, dabaq xəstəliyi əsasən cütdırnaqlı heyvanlarda müşahidə olunan yüksək yoluxucu virus xəstəliyidir. Nazirliyin şöbə müdiri Bayandur Rzayev bildirib ki, xəstəliyin 7 tipi var və hazırda profilaktik peyvəndləmə 4 tipə qarşı aparılır. Ümumilikdə, dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnən sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş heyvanlarda bir ilə qədər təbii immunitet yaranır. Onun sözlərinə görə, dabağın insanlara qida vasitəsilə keçmə ehtimalı demək olar ki, yoxdur.