Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.10.2025 15:40
Azərbaycan və Qazaxıstan arasında 10-dan çox sənəd imzalanıb

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə iki ölkə arasında bir sıra sənədlərin mübadiləsi mərasimi keçirilib. Tədbirdə İlham Əliyev və Kasım-Jomart Tokayev strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin 20 illiyi ilə bağlı birgə bəyanat imzalayıblar. Həmçinin sənaye mülkiyyəti, energetika, daxili işlər, səhiyyə, süni intellekt, rəqəmsal inkişaf və statistika sahələrində əməkdaşlıq haqqında sazişlər və memorandumlar imzalanıb. Tərəflər iki ölkə arasında iqtisadi və texnoloji əməkdaşlığın daha da genişlənməsinə xidmət edən yeni razılaşmalarla çıxış ediblər.
- Baxış: 64