Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatla çıxış ediblər

Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib. Tokayev bildirib ki, Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişafı üzrə proqram qrafikə uyğun şəkildə həyata keçirilir. Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında maraqlıdır. “Hər iki tərəf birgə müəssisələrin yaradılmasında maraqlı olduqlarını bildirib və bu məsələdə mühüm irəliləyiş əldə olunub.” – deyə Tokayev vurğulayıb. O əlavə edib ki, hər iki ölkənin hökumətləri bu sahələrdə əməkdaşlığın sürətləndirilməsi üçün “Yol xəritəsi” hazırlayacaq.
İlham Əliyev isə mətbuata bəyanatında TRIPP layihəsinin mütləq reallaşacağını bildirib. Dövlət başçısı deyib: “Avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır — Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi.”
- Baxış: 68