Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.10.2025 17:40

Azərbaycan və Qazaxıstan prezidentləri Astanada Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar. Mərkəzin məqsədi Qazaxıstanda süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir. Burada forumlar, mühazirələr, vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələri keçiriləcək, “Tomorrow School” vasitəsilə pulsuz təhsil imkanları təqdim olunacaq. Mərkəzdə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması və 10 elmi-tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.